Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil bəylə birlikdə görüntülənib.
Referans Media xəbər verir ki, cütlüyün səmimi anları jurnalist Şahin Cavadsoy tərəfindən mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Yayılan kadrlarda Rəqsanə İsmayılova və həyat yoldaşının xoş əhval-ruhiyyədə olduqları diqqət çəkib. Cütlüyün səmimi görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq çoxsaylı baxış toplayıb. İzləyicilər paylaşımla bağlı müxtəlif rəylər yazıblar.
Maraq doğuran kadrlar sənətçinin pərəstişkarlarının da diqqətindən yayınmayıb və sosial mediada müzakirələrə səbəb olub.
(Milli.Az)
