image-f08cc88c-ae9d-463b-a332-3d1ae67d8cdebackend

Rumıniya və Moldova birləşəcək?

Rumıniya prezidentinin müşaviri Yevgeni Tomak Buxarestin Moldova ilə birləşmə məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

O, bu barədə “Calea Europeana”ya danışıb.

“Fikrimcə, Prut çayının hansı tərəfində yaşamasından asılı olmayaraq, hər bir vicdanlı rumın iki dövlətin birləşməsini təbii bir proses hesab edir”, – deyə Tomak bildirib.

O izah edib ki, Buxarest istənilən vaxt danışıqlar masasına oturmağa hazırdır, amma bu, yalnız Moldova bunu məqbul hesab etdiyi təqdirdə mümkündür.

Tomak bəyan edib ki, gələcəyini müəyyən etmək Moldova xalqının haqqıdır.

Xatırladaq ki, Moldova prezidenti Maya Sandu əvvəllər ölkəsinin və Rumıniyanın birləşdirilməsi ilə bağlı referendum keçiriləcəyi təqdirdə “bəli” deyə səs verəcəyini bildirmişdi.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki