“Cənubi Qafqazda təhlükəsizlik məsələlərini İrandan olan həmkarlarımızla koordinasiya edirik”.
Referans xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.
Rusiya rəsmisi ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında nəqliyyat dəhlizinin açılmasına dair razılaşmalarla bağlı İrandan gələn bəyanatlara Moskvanın yanaşmalarını belə şərh edib:
“Moskva İran Xarici İşlər Nazirliyi rəhbərliyinin Azərbaycan, Ermənistan və ABŞ liderlərinin avqustun 8-də Vaşinqtonda keçirilən görüşünün nəticələri ilə bağlı verdiyi bəyanatları diqqətlə öyrənib. Onlarda müxtəlif nüanslar, vurğular görürük. İranlı həmkarlarla müntəzəm təmaslarda Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərinə daim böyük əhəmiyyət verilir. Onlar da bunu bilirlər və qurumlarımız arasında sıx koordinasiya davam edir.
Prinsipial mövqeyə gəlincə, Cənubi Qafqazın problemlərinin həlli üçün ən yaxşı variant region ölkələrinin yaxın qonşularının dəstəyi ilə işləyib hazırladıqları həll yollarını tapıb gələcəkdə həyata keçirməkdir”.(Sfera.az)