Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidirbackend

Rusiyanın Cənubi Qafqaza “hücum”u başlayır – Təcili hərəkətə keçilməlidir

  Qazaxıstan ətrafında son vaxtlar müşahidə olunan gərginlik və Rusiyanın bu ölkəyə qarşı sərgilədiyi ritorika yalnız ikitərəfli münasibətlərin

pozulması kimi yox, həm də daha geniş geosiyasi kontekstdə – Türk Dövlətləri Təşkilatına (TDT) yönəlmiş təzyiq strategiyası kimi qiymətləndirilir.

Rusiya Prezidenti Vladimir Putinin son çıxışlarında Qazaxıstanın suverenlik siyasətinə yönəlik açıq və ya dolayı mesajlar, xüsusilə Astananın türk

dünyası ilə inteqrasiya səylərinin fonunda diqqət çəkir. Analitiklərə görə, Kreml bu yolla postsovet məkanında formalaşan yeni siyasi-iqtisadi

ittifaqlara, xüsusilə də TDT-nin artan nüfuzuna qarşı əngəl yaratmaq niyyətindədir.

Qazaxıstan isə həm coğrafi mövqeyinə, həm də iqtisadi və siyasi potensialına görə türk dünyasında açar ölkə sayıldığından, ona qarşı hər cür

təzyiq faktiki olaraq təşkilatın bütövlüyünə və inkişaf dinamikasına qarşı həmlə kimi qiymətləndirilə bilər.

Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, Rusiya dünya ictimaiyyəti tərəfindən təcrid olunduqca ətrafına

qarşı daha aqressiv rəftar edəcək:

“Kreml düşünür ki, müdafiəyə ehtiyacı var. İstəyir ki, bütün postsovet ölkələri birmənalı şəkildə onun yanında dayanıb, müdafiə etsin. Buna görə

də təzyiqləri artırır. Söhbət təkcə Qazaxıstandan getmir, bənzər təzyiqlər Özbəkistan, Azərbaycan və Moldovaya da edilir. Amma əks reaksiya verir,

çünki heç bir müstəqil ölkə bu təzyiqləri qəbul etməz.

Rusiyanın gözləmədiyi gerçəkləşdi, plan iflasa uğradı – Yeni təhdid

Rusiyanın təcrid edilməsi və üstəlik buna rəğmən təzyiqə əl atması təbii olaraq bu ölkələri ondan uzaqlaşdırıb alternativ güc mərkəzləri ilə

əməkdaşlığa sövq edir. Məsələn, Azərbaycanın Türkiyə, Pakistan, Aİ və ABŞ-la münasibətləri çox yaxşıdır. Qazaxıstan da Aİ və NATO ilə son illərdə

yaxşı əlaqələr qurub”.

Politoloq qeyd edib ki, növbəti dönəmdə Rusiyanın həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə daha gərgin münasibətlərinin şahidi

olacağıq:

“Rusiya özünə tabe etdirmə siyasəti yeritdikcə, bu ölkələr ondan uzaqlaşıb öz siyasi xətlərini tutacaqlar.

Hazırkı vəziyyət TDT-nin gələcəyi ilə bağlı qərar verməli olduğunu göstərir. Yəni təşkilat güclənməli, həmrəyliyi artırmalıdır. Yalnız bu yolla

Rusiyanın təzyiqlərinə qarşı lazımi güc əldə edilə bilər”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki