Sabahdan YENİ QADAĞA qüvvəyə minir – Qeyri-rəsmi nikahların sayı artacaq?backend

Sabahdan YENİ QADAĞA qüvvəyə minir – Qeyri-rəsmi nikahların sayı artacaq?

Sabahdan etibarən Azərbaycanda qohum evliliklər qadağan
olunur.

Belə ki, iyulun 1-dən Azərbaycanda qardaşların və (və ya)
bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji
qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və
qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.

Ailə Məcəlləsinə edilən bu dəyişikliyin cəmiyyətdə qeyri-rəsmi
nikahların sayını artıracağı ilə bağlı müzakilər var.


Bu qərarı nə dərəcədə düzgün hesab edirsiniz? Müsbət və mənfi
cəhətləri nə ola bilər? Qərar Azərbaycanda qeyri rəsmi nikahların artmasına
səbəb ola bilərmi?


Milli Məclisin deputatı Fazil Mustafa “Referans”-a açıqlamasında
bu sualları cavablandırıb.

“Bu məsələ artıq qanunvericilikdə təsdiq olunub. Sabahdan
qüvvəyə minəcək qərar Azərbaycanda qohum evliliklərindən doğan xəstəliklərin
qarşısının alınması və başqa qabaqlayıcı tədbirlər üçün nəzərdə tutulub. Cəmiyyətdə
tarix boyu, xüsusən də, son illərdə qohum evlilikləri yayğınlaşmağa başlamışdı.
Burada daha çox yaxın qohum evliliklərindən söhbət gedir. Bu həm dini, həm də
milli dəyərlərimizə uyğun deyil. Bu baxımdan artıq belə məsələlərin mənfi və
müsbət tərəfləri daha çox tibb sahəsinə aiddir. Hökümət isə sosial problem
olaraq məsələnin tənzimlənməsinin vacibliyini düşünür. Çünki bu məsələdə cəmiyyət
üçün mənfi tərəflər daha çox olduğundan belə bir müddəa qəbul olunub. Bundan
sonra əsas məsələ bu müddəalara əməl olunmasıdır”.

 

Deputat xüsusilə qeyd edib ki, qanunvericiliyə edilən bu dəyişiklik
cəmiyyət tərəfindən anlayışla qarşılanmalı və birmənalı olaraq əməl edilməlidir.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki