Tarix verildi, hər kəs təlaşda: ABŞ İran-a hücum üçün hazırlaşır

ABŞ, Avropa və Orta Şərqdəki hava bazalarına F-22, F-35 döyüş təyyarələri, tankerlər və RC-135 Rivet Joint kəşfiyyat uçuşları göndərərək bölgədə hərəkətliliyi artırıb. Bu qeyri-adi hərəkətlilik dünya ictimaiyyətində böyük narahatlıq yaradıb.

Referans Media xəbər verir ki, son 48 saatda İngiltərə və ABŞ-dakı bazalardan havalanan F-22 və F-35 döyüş təyyarələri, havadan yanacaq təchizatı edən tanker təyyarələri ilə birlikdə bölgəyə yönəldilib. İngiltərə “RAF Lakenheath” bazasına 18 ədəd F-35 təyyarəsi çatıb. ABŞ “Joint Base Langley-Eustis” bazasından gələn F-22 təyyarələri də İngiltərəyə yerləşdirilib.

Qətər “Əl-Udeyd” Hava Bazasından RC-135 Rivet Joint kəşfiyyat uçuşu və Aralıq dənizi üzərində P-8 Poseidon dəniz nəzarət uçuşları göndərilib.

ABŞ mediası bildirir ki, İrana qarşı mümkün hücum bu şənbə günü başlayacaq. İran tərəfi Hörmüz Boğazı yaxınlığında təlimlər və müdafiə tədbirləri ilə cavab verib.

ABŞ, USS Abraham Linkoln kimi dəniz unsurlarını da bölgəyə göndərərək NATO və müttəfiqlərlə koordinasiyada həm çəkindirmə, həm də əməliyyat hazırlığını artırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki