image-geri-sayim-basladi-binlerce-telefon-24-saat-sonra-19791908_5687_ampbackend

TƏCİLİ! GERİ SAYIM BAŞLADI: 1 maydan etibarən…

Türkiyədə xaricdən gətirilən mobil telefonlarla bağlı kritik mərhələ başlayıb. Qeydiyyatsız IMEI nömrəsinə malik cihazlar üçün nəzərdə tutulan 120 günlük qanuni istifadə müddətinin bitməsinə cəmi 24 saat qalıb. Mayın 1-dən etibarən bu müddəti başa vuran telefonlar mobil şəbəkədən kənarlaşdırılacaq.

Referans Media xəbər verir ki , Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) tərəfindən aparılan yoxlamalar çərçivəsində ölkəyə daxil olduqdan sonra SIM kart vasitəsilə aktivləşdirilən, lakin rəsmi qeydiyyatdan keçməyən cihazlar müəyyən edilir və onların istifadəsinə məhdudiyyət tətbiq olunur.

Qeydiyyatsız telefonlar artıq zəng, SMS və mobil internet xidmətlərindən yararlana bilməyəcək. Bu səbəbdən istifadəçilərə cihazlarının statusunu yoxlamaq tövsiyə olunur. Bunun üçün telefonda *#06# yığaraq IMEI nömrəsini öyrənmək və e-Dövlət sistemi üzərindən “IMEI sorgulama” xidmətinə daxil olmaq kifayətdir.

Qaydalara əsasən, xaricdən gətirilən telefonlar fiziki SIM kartla 120 gün istifadə oluna bilər. Əgər cihaz e-SIM funksiyasını dəstəkləyirsə, əlavə 120 gün də istifadə imkanı yaranır. Beləliklə, ümumi istifadə müddəti maksimum 240 günə çata bilər. Lakin bu müddət bitdikdən sonra cihaz qeydiyyata alınmazsa, şəbəkəyə çıxışı tam bloklanır.

2026-cı il üçün IMEI qeydiyyat rüsumu 54 min 258 lirə olaraq müəyyən edilib. Mütəxəssislər istifadəçilərə qanunsuz IMEI dəyişdirmə üsullarından uzaq durmağı və yalnız rəsmi qeydiyyat prosedurlarından istifadə etməyi tövsiyə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki