image-tahran-re-2445059backend

Tehrana zəhərli yağış yağır

İsrail ordusunun Tehrandakı neft obyektlərinə hava zərbələrindən sonra İran paytaxtında səma qara tüstü ilə örtülüb. Partlayışlar nəticəsində atmosferə yayılan zəhərli maddələrin şəhərdə “neft qarışıqlı zəhərli yağışın” yağmasına səbəb olduğu bildirilir.

Referans Media xəbər verir ki, NBC News-a danışan Tehran sakinləri sıx tüstü səbəbindən evlərindən çıxa bilmədiklərini və nəfəs almaqda çətinlik çəkdiklərini deyiblər. Şəhərdə havada yanıq qoxusu hiss olunduğu və ağızda acı dad yaratdığı da qeyd edilir.

İran Ətraf Mühitin Mühafizəsi Təşkilatı partlayışlar nəticəsində havaya çoxlu miqdarda toksik hidrokarbon, kükürd və azot oksidlərinin yayıldığını açıqlayıb. Bildirilib ki, yağışın yüksək dərəcədə turşulu olması dəridə kimyəvi yanıq və ağciyər zədələnməsinə səbəb ola bilər.

Tehranın bəzi bölgələrində neft anbarlarında baş verən yanğınların kilometrlərlə uzaqdan göründüyü, bəzi küçələrdə isə qara yağ təbəqəsinin toplandığı müşahidə olunub.

İran Xarici İşlər Nazirliyi hücumları “qəsdən aparılan kimyəvi müharibə” kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki