“Artıq ilk dəfə deyil ki, biz bu cür təxribatların şahidi oluruq. Rusiyanın müxtəlif media quruluşları, bloqerləri tərəfindən təəssüf ki, ölkəmizə qarşı bu cür təbliğatın aparılması artıq davamlı xarakter alır və bu, çox narahatedici bir tendensiyadır. Əgər kimlərsə düşünürsə ki, bu cür addımlarla Azərbaycana qarşı nəsə edə biləcəklər, yanılırlar, edə bilməyəcəklər. Onlar bilsinlər ki, bu kampaniya və bu təxribatlar Azərbaycanda Rusiyaya münasibətə çox ciDavamlı olaraq bir neçə gündür ki, mətbuatda gediş haqlarının artırılması ilə bağlı fikirlər yayılıb. Gediş haqlarında artım ictimai nəqliyyatdan istifadə edən əhalinin çoxu tərəfindən birmənalı qarşılanmayıb.
Referans.az xəbər verir ki,məsələ ilə bağlı deputat Vüqar Bayramov Ajans.az-a açıqlama verib.
Ekspert bildirib ki, ictimai nəqliyyatda qiymətlərin tənzimlənməsi Tarif Şurasının səlahiyyətinə daxildir. Qiymət artımı ilə bağlı isə, hələ ki, rəsmi açıqlama qəbul edilməyib. Tarif Şurasına bir neçə məsələ ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.
Bu təkliflərə fərqli kartların tətbiq edilməsi( bir neçə ölkədə olduğu kimi), məsafədən asılı olaraq qiymətin hesablanması daxildir.
Vüqar Bayramov qeyd edib ki, bəzi hallarda sərnişinlər uzun və ya qısa məsafədən olaraq eyni gediş haqqını ödəyirlər. Lakin bu proses dəyişilməlidir. Məsafəyə uyğun olaraq, vətəndaş müəyyən məbləğdə pul ödəməlidir.
Həmçinin, günlük, həftəlik, aylıq kartlara da ehtiyac var. İctimai nəqliyyatdan istifadə edən sərnişinlər bu kartlardan yararlana bilərlər. Bu da vəsaitə qənaət edilməsinə şərait yarada bilər.
Deputat söyləyib ki, təkliflərdən biri də həssas qruplar üçün güzəştlərin tətbiq edilməsidir. Bu da həm tələbələr, həm də təqaüdçülər üçün keçərlidir. Əlverişli olardı ki, həmin şəxslər ictimai nəqliyyatdan güzəştli şərtlər ilə istifadə edə bilsinlər. Oxşar güzəştlərin Azərbaycanda da tətbiq edilməsi ilə bağlı təkliflərə hələ ki, rəsmi cavab yoxdur.ddi təsir göstərir.
Artıq Azərbaycan xalqı bu cür təbliğatdan hiddətlənib və açıqlamada da qeyd olunduğu kimi, bu cür cəhdlərin ölkədə ictimai rəyə təsiri minimumdur. Azərbaycan xalqı ölkə rəhbərinə, onun siyasətinə güvənir və sadiqdir. Yaxşı olar ki, Rusiya tərəfi bu təbliğata son qoysun. Onlar bu cür yanaşma ilə heç nəyə nail ola bilməzlər”.
Deputat əlavə edib ki, ruslar tarixən azərbaycanlıları qətlə yetirib, ölkəni işğal edib:
“Cənab Prezident çıxışında real vəziyyəti qeyd edib. Ruslar vaxtilə Azərbaycanı işğal etmişdilər. Tarix boyu xalqımızın başına gətirilən bütün müsibətlərin, faciələrin kökündə ruslar durur. 1937-ci ildə nə qədər azərbaycanlını qətlə yetirdilər. Ondan əvvəl Xalq Cümhuriyyətinin rəhbər şəxslərinə qarşı bu addımları atdılar. Görünür, Azərbaycan Prezidentinin həqiqətləri söyləməsi onları çox narahat edib. Ona görə bu cür açıqlamaları yaymağa başlayıblar. Bu, artıq köhnəlmiş bir metoddur. Bu metoda son qoyulmalıdır.
Mən düşünürəm ki, bu, münasibətlərə yalnız xələl gətirir. Rusiyada hansısa “ağıllı” düşünürsə ki, bu addım, töhfə verəcək və münasibətləri düzəldəcək, qətiyyən belə deyil. Bu, münasibətləri düzəltməyəcək, əksinə, daha da kəskinləşdirəcək”
