Tramp: Hörmüz boğazı bu gün açılacaq

“Vaşinqton və Tehran arasında aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub və Hörmüz boğazında gəmiçiliyin tam bərpası gündəmdədir”.

Referans Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. 

Onun sözlərinə görə, tərəflər boğazın artıq bu gün yenidən bütün gəmilər üçün açılması məsələsini müzakirə edirlər:

“Bu marşrutdan istifadə edən gəmilərdən heç bir ödəniş alınmayacaq. Onların hər hansı rüsum tətbiq etməsinə imkan verməyəcəyəm. Heç bir ödəniş olmayacaq və bu məsələ ümumiyyətlə müzakirə edilmir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki