Tramp İranla müharibənin başa çatdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla yaşanan gərginliyin sona yaxınlaşdığını bəyan edib.

Referans Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Tramp çıxışı zamanı bildirib ki, İranla münaqişənin gedişatı Vaşinqtonun istədiyi istiqamətdə inkişaf edir.

“Venesuela ilə münaqişəmiz var idi və o, çox yaxşı başa çatdı. İndi isə İranla münaqişəmiz var və o da çox, çox yaxşı başa çatır”, – deyə ABŞ prezidenti vurğulayıb.

Bu açıqlama Trampın günün əvvəlində İranla danışıqlar aparılacağını bildirməsindən sonra səsləndirilib. Onun bəyanatı Vaşinqton və Tehran arasında gərginliyin gələcək inkişafı ilə bağlı diqqət çəkən mesaj kimi qiymətləndirilir./Globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki