İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...

İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm addım atır. Söhbət Azərbaycan da daxil olmaqla Xəzərin beş sahilyanı dövlətini əhatə edən Konvensiyadan gedir.

Referans Media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlamasında İslam Şurası Məclisinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləməsinin əhəmiyyətindən danışıb.

Bəqayinin sözlərinə görə, bu addım Konvensiyanın tərəfi olan beş Xəzəryanı dövlət arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradacaq.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki