image-trump-tan-iran-a-tehdit-52-hedef-belirledik-670841-5backend

Tramp İrana TƏHDİD MESAJI verdi – Tehranı HƏDƏF ALDI – Yeni savaş başlayır?

ABŞ Prezidenti Donald Tramp İrana qarşı növbəti dəfə sərt açıqlama verib. İranda bahalaşma və iqtisadi çətinliklər fonunda başlayan etirazlara toxunan Tramp, nümayişçilərə qarşı zorakılığın artacağı təqdirdə ABŞ-ın hərbi müdaxiləsinin mümkün olduğunu bildirib.

Referans Media xəbər verir ki, özünü “sülhün prezidenti” kimi təqdim edən Tramp jurnalistin sualını cavablandırarkən qeyd edib ki, İranda etirazçılara qarşı öldürücü gücdən istifadə olunarsa, Vaşinqton buna sərt reaksiya verəcək.

“Biz bu prosesləri çox diqqətlə izləyirik. Əgər keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ tərəfindən çox sərt şəkildə vurulacaqlar”, – deyə Tramp bildirib.

Xatırladaq ki, ABŞ iyun ayında İsrail–İran münaqişəsi zamanı İsrailin tərəfində müharibəyə qoşularaq İranın nüvə obyektlərinə zərbələr endirmişdi. Həmin hücumlardan qısa müddət sonra tərəflər arasında atəşkəs razılaşması əldə olunmuşdu.

Digər tərəfdən, Böyük Britaniyada nəşr olunan “The Times” qəzeti İranda etirazların nəzarətdən çıxacağı təqdirdə rəsmi Tehranın fövqəladə plan hazırladığını iddia edib.

Qəzetin məlumatına görə, belə bir ssenari baş verərsə, İranın ali dini lideri Ayətullah Əli Xamenei yaxın çevrəsindən təxminən 20 nəfərlə birlikdə Rusiyanın paytaxtı Moskvaya aparılacaq.

“The Times” bu ehtimalı Suriyanın devrilmiş lideri Bəşər Əsədin ölkədən qaçışı ilə müqayisə edib. Belə ki, Əsəd də hökumət əleyhinə qüvvələrin Dəməşqi ələ keçirməsindən az əvvəl ölkəni tərk edərək Moskvaya getmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki