image-trump-tan-skandal-itiraf-general-bunun-cok-daha-19648982_7020_ampbackend

Trampdan ŞOK ETİRAF: Cənab, bu daha əyləncəlidir

ABŞ Prezidenti Donald Tramp, Şri-Lanka sahillərində batırılan İran gəmisinə dair açıqlamalarında generallarından birinin “gəmiyi ələ keçirmək yerinə batırmaq daha əyləncəli idi” dediyini bildirib.

Referans Media xəbər verir ki, Kentukki ştatında keçirilən mitinqdə danışan Tramp, əməliyyat zamanı onlarca heyət üzvünün həyatını itirdiyini və gəmiyə dair qərarını şübhə altına aldığını vurğulayıb: “Onlara soruşdum: ‘Niyə onları öldürdük? Niyə ələ keçirmədik və donanmamızda istifadə etmədik?’” – deyə Tramp bildirib.

Tramp generallarının bu şəxslərin ABŞ donanmasında xidmət etməyə layiq olmadığını söylədiyini və bir generaldan belə cavab aldığını açıqlayıb: “‘Niyə onları vurmaq məcburiyyətindəyik?’ dedim. Generallarımdan biri isə ‘Cənab, bu daha əyləncəlidir’ dedi.”

Şri-Lanka Donanması 4 martda Qalle sahillərində İran Donanmasına aid IRIS Dena gəmisinin Hind okeanında batdığını təsdiqləyib. Gəmidəki 136 heyət üzvündən 104-ü həlak olub, 32 nəfər yaralı olaraq xilas edilib.

ABŞ Müdafiə Naziri Pit Heqset isə gəminin sualtı torpedo ilə batırıldığını açıqlayıb. Qeyd olunub ki, bu əməliyyatdan sonra ətraf sularda olan İran gəmisinin idarəsi də ələ keçirilib.

İsrail və ABŞ 28 fevralda İran əleyhinə hərbi əməliyyatlara başlamışdı. İran isə İsrailin və ABŞ-ın regiondakı bazalarının yerləşdiyi ölkələrdəki hədəflərə hücum edərək cavab vermişdi. Hücumlarda İran lideri Ayətullah Əli Xamenei və bir sıra yüksək rütbəli rəsmilər həlak olmuşdu. İran rəsmilərinin açıqlamasına görə, ABŞ-İsrail əməliyyatlarında 1332 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki