Trampın Qrenlandiya hədəsi AB-ni hərəkətə gətirdi

Avropa Birliyi (AB) liderləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə qarşı mövqeyini sərtləşdirib.

Referans Media xəbər verir ki, AB Konseyi Prezidenti Antonio Costa və AB Komissiyası Prezidenti Ursula von der Leyen Brüsseldə keçirilən “transatlantik münasibətlər” mövzusunda görüşdən sonra mətbuata açıqlamalar veriblər.

Costa qeyd edib ki, AB özünü, üzvlərini, vətəndaşlarını və şirkətlərini hər cür təzyiq və müdaxiləyə qarşı qorumaq gücünə və vasitələrinə malikdir. O, Arktik bölgəsində AB-nin daha güclü rol oynayacağını, Danimarka və Qrenlandiya məsələlərində qərarvermə səlahiyyətinin yalnız aid olduğu tərəflərdə olduğunu vurğulayıb.

Von der Leyen isə bildirib ki, AB Qrenlandiya ilə əlaqələrini gücləndirmək üçün ciddi investisiya paketi hazırlayır və Arktikdəki mövcud boşluğu aradan qaldırmağın vaxtı çatıb. AB liderləri eyni zamanda ABŞ ilə ticarət münasibətlərini stabilləşdirməyə, lazım gələrsə müdafiə tədbirləri görməyə hazır olduqlarını açıqlayıblar.

Tramp isə daha əvvəl Qrenlandiyanın satın alınmasına qarşı çıxan AB ölkələrinə qarşı gümrük tarifləri tətbiq edəcəyini bildirmişdi. 1 Fevral 2026-dan başlayaraq bu tariflər 10%, 1 İyun 2026-dan sonra isə 25% səviyyəsinə qalxacaqdı.

AB liderləri Trampın hədələrinə baxmayaraq, transatlantik əməkdaşlığın qorunacağı və Arktikdəki təhlükəsizliyin gücləndiriləcəyi mesajını veriblər. Costa, eyni zamanda Gazze üçün yaradılan Barış Kurulu və onun tənzimləyici mexanizmlərinin də diqqətlə izlənəcəyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki