“Turan Tovuz” – “Traktor” matçının tarixi açıqlandıbackend

“Turan Tovuz” – “Traktor” matçının tarixi açıqlandı

Yeni mövsümün Türkiyədə hazırlaşan “Turan Tovuz”un  təlim-məşq toplanışı çərçivəsindəki rəqiblərindən biri məlum olub.

Referans klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi İran Pro Liqasının son çempionu “Traktor”la qarşılaşacaq.

Görüş iyulun 29-da gerçəkləşəcək.

Təbriz təmsilçisi ilə oyunun başlanma saatı və məkanı barədə hələlik məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki