Türkiyə təyyarəsinin “qara qutu”sunun təhlili bu həftə tamamlanacaq

  Gürcüstanda qəzaya uğramış Türkiyə hərbi təyyarəsinin “qara qutu”sunun təhlili bu həftə tamamlanacaq.

Referans.az   xəbər verir ki, bu barədə Hurriyet qəzeti yazıb.  

20 nəfərin şəhid olduğu təyyarə qəzasından geriyə qalanlar – VİDEO

“İstintaq çərçivəsində qara qutuda qeydə alınmış 180 parametr araşdırılır. Gözlənilir ki, uçuş məlumatlarının analizi həftənin sonuna qədər yekunlaşsın.

Qəza yerindən əldə olunan ilkin məlumatlar xarici müdaxilə ehtimalının son dərəcə aşağı olduğunu göstərir. Lakin digər versiyalar kimi bu ehtimal da araşdırılır”, – məqalədə qeyd olunur.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki