Türkiyə sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.
Referans.az xəbər verir ki, hadisə Muğla əyaləti yaxınlığında, Egey dənizində baş verib.
Son məlumatlara görə, rezin qayığın batması nəticəsində 14 nəfər ölüb. 4 nəfər itkin düçüb.
Hadisə barədə məlumat daxil olduqdan sonra bölgədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanıb. Əməliyyatı dəstəkləmək məqsədilə əlavə bir Sahil Mühafizəsi qayığı və helikopter də hadisə yerinə göndərilib.
