Türkiyədə nənə sevgilisinə görə evdən qaçdı - Oğlu infarkt oldu

Türkiyənin Konya şəhərinin Seydişehir rayonunda 80 yaşlı Gülsüm A. təqaüdünü almaq üçün getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olub. Zamanla onların dostluğu sevgiyə çevrilib.

Referans Media  xəbər verir ki, bir gün Gülsüm A. xəstəxanaya gedəcəyini deyərək evdən çıxıb, lakin axşama qədər qayıtmayıb. Ailəsi onun xəstəxanaya getmədiyini öyrəndikdən sonra jandarmaya müraciət edib. Günlərlə davam edən axtarışlar nəticəsində qadının Kazım Y. ilə birlikdə olduğu müəyyənləşib.

Jandarmanın sorğusu zamanı Gülsüm A. Kazım Y. ilə öz istəyi ilə birlikdə olduğunu və onunla evlənmək istədiyini bildirib. Ailəsi əvvəlcə şoka düşsə də, qadının sağ-salamat tapılmasından məmnun olduqlarını deyib.

Məlumata görə, hadisəni eşidən qadının oğlu Əhməd A. infarkt keçirib. Yaşlı cütlük isə münasibətlərini rəsmiləşdirmək niyyətində olub. Daha sonra onların rəsmi nikaha daxil olaraq evləndiyi məlum olub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki