Türkiyənin Trabzon şəhərində Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.
Referans Media xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, PUA Vakfıkebir rayonunda ağaca çırpıldıqdan sonra sıradan çıxıb. Hadisə yerinə cəlb olunan mütəxəssislər aparatın üzərində apardıqları yoxlama zamanı onun 5 kiloqram partlayıcı maddə ilə təchiz edildiyini müəyyən ediblər.
Faktla bağlı Türkiyənin hüquq-mühafizə orqanları araşdırmalara başlayıb./Teleqraf
