Putinin qarşısındakı qırmızı qovluqlar diqqət çəkdi – Kremldə narahatlıq siqnalı…

Rusiya Prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə bu gün keçirdiyi iclasda masanın üzərində görünən qırmızı qovluqlar yenidən diqqət mərkəzinə düşüb.

Məsələ ilə bağlı Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov açıqlama verib.

O bildirib ki, Kremldə bununla bağlı rəsmi qayda olmasa da, formalaşan ənənəyə görə qırmızı qovluqlar “tam məxfi” qrifi daşıyan sənədlərlə əlaqələndirilir.

Onun sözlərinə görə, Prezidentin və ya Təhlükəsizlik Şurası üzvlərinin qarşısında belə qovluqların görünməsi dövlət rəsmiləri arasında hər zaman xüsusi diqqət və narahatlıq yaradır.

Deputat xatırladıb ki, qırmızı qovluqlar əvvəlki illərdə keçirilən Təhlükəsizlik Şurası iclaslarında da müşahidə olunub. Belə ki, 2025-ci ilin oktyabrında informasiya təhlükəsizliyi məsələlərinin müzakirəsi zamanı Putinin masasının üzərində “tam məxfi” qrifi olan qovluq olub. Bundan başqa, 2024-cü ilin avqustunda Ukraynanın Kursk vilayəti istiqamətində hücumu ilə bağlı keçirilən iclasda da Prezident həmin qovluqla görüntülənib.

İyulun 1-də keçirilən son müşavirədən yayımlanan kadrlarda isə bəzi iştirakçıların qarşısında qırmızı qovluqların olduğu, dövlət başçısının isə onlardan birini əlində tutduğu görünür. Qovluqlarda hansı sənədlərin olduğu barədə rəsmi məlumat açıqlanmayıb.//Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki