“Real Madrid” adı Səudiyyə Ərəbistanı klubları ilə də hallanan braziliyalı ulduz Vinisius Juniorla razılıq əldə edib.
Referans xəbər verir ki, “Real” Vinisius Juniorla 2030-cu ilə qədər yeni müqavilə imzalayacaq. Məlumata görə, tərəflər mövsümün sonunda müqavilə imzalayacaq.
Qeyd edək ki, bundan əvvəl Vinisius Junior “Real Madrid”də qalmaq istədiyini açıqlamışdı. Səudiyyə Ərəbistanı klublarının futbolçuya 5 illik müqavilə və 1 milyard avro təklif etdiyi barədə xəbərlər dərc edilmişdi. Bu mövsüm “Real”da 46 matçda iştirak edən Vinisius 20 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.