Bakıda minifutbol üzrə dünya çempionatı başlayır

Bu gün Bakıda minifutbol üzrə dünya çempionatına start veriləcək.

Referans-ın məlumatına görə, ilk gündə 8 matç keçiriləcək.

A qrupunda yer alan Azərbaycan millisi Bəhreyni sınağa çəkəcək. Qarşılaşma saat 20:30-da başlayacaq.

Bu görüşdən əvvəl turnirin açılış mərasimi baş tutacaq. Tədbirdə türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

A qrupunun digər görüşündə Mavritaniya və Sloveniya kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Dünya çempionatı

Qrup mərhələsi

I tur

21 may

A qrupu 20:30. Azərbaycan – Bəhreyn 23:00. Mavritaniya – Sloveniya

B qrupu 09:15. Fransa – Çad 21:45. Rumıniya – Özbəkistan

C qrupu 10:30. Macarıstan – Türkiyə 13:00. Ukrayna – İngiltərə

D qrupu 11:45. Bolqarıstan Portuqaliya 14:15. Slovakiya – Hindistan

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı iyunun 1-də başa çatacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki