“Real Madrid”in gələcək baş məşqçisi kimi göstərilən Xabi Alonso işə erkən başlayıb.
Referans xəbər verir ki, ispaniyalı mütəxəssis klub rəhbərliyinə heyətdə görmək istəmədiyi futbolçuların siyahısını təqdim edib.
Məlumata görə, Alonso bu 5 futbolçunun gələcək planlarda yer almadığını bildirib:
Lukas Vaskes
Ferlan Mendi
Rodriqo
Brahim Dias
Dani Sebalyos
Gözlənilir ki, bu oyunçular yay transfer pəncərəsində satış siyahısına daxil ediləcək.