“Barselona” La Liqanın 36-cı turunda “Espanyol”u 2:0 hesabı ilə məğlub edərək İspaniya çempionluğunu rəsmiləşdirib.
Referans xəbər verir ki, Kataloniya təmsilçisinin 17 yaşlı hücumçusu Lamin Yamal üçün bu, La Liqada ikinci çempionluq olub. “Opta”nın məlumatına görə, o, 18 yaşına çatmadan ikiqat İspaniya çempionu olan ilk futbolçudur.
“Barselona”nın 85 xalı var, ikinci yerdə qərarlaşan Madrid “Real”ının isə 78 xalı mövcuddur.