Yanıq xəsarətləri alan 40 yaşlı kişi öldü

Bakıda yanıq xəsarətləri alan şəxs xəstəxanada ölüb.

Referans Media “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, hadisə sentyabrın 20-si Sabunçu rayonu ərazisində baş verib.

1986-cı il təvəllüdlü Abdulla Dadaşov yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Tibbi yardıma baxmayaraq, o, sentyabrın 21-i vəfat edib.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki