Səudiyyə Ərəbistanı Necran bölgəsi üçün “təcili vəziyyət” xəbərdarlığı edib

Referans Media xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının cənubunda yerləşən Necran bölgəsində mümkün təhlükələrə qarşı “təcili vəziyyət” xəbərdarlığı verilib.

Mülki Müdafiə Baş İdarəsi bölgə sakinlərinə can və əmlak təhlükəsizliyinin qorunması üçün qurumun göstərişlərinə əməl etməyə, toplanış məntəqələrindən uzaq durmağa və görüntü çəkməməyə çağırıb.

Daha sonra qurum təhlükənin aradan qalxdığını açıqlayıb.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanını paytaxt Sənaya PUA hücumlarında ittiham edib və cavab verəcəkləri ilə bağlı xəbərdarlıq etmişdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki