"Fənərbaxça"da şok görüşün detalları! Aziz Yıldırım Asensioya nə dedi?

"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım ilə komandanın ulduz futbolçusu Marko Asensio arasında baş verdiyi iddia edilən görüşün detalları gündəmə gəlib.

Referans Media xəbər verir ki, məşhur idman şərhçisi Serdar Ali Çeliklerin sözlərinə görə, Asensio ilə Yıldırım arasında maraqlı dialoq yaşanıb. Bildirilir ki, ispaniyalı futbolçu özünü klub tərəfindən istənilməyən biri kimi hiss etdiyini söyləyib.

Çeliklerin yaydığı məlumata görə, Asensio Aziz Yıldırıma “Mən istənilmədiyimi düşünürəm” deyib. Bu sözlərdən sonra Yıldırımın futbolçuya sərt cavab verdiyi bildirilib. Onun cavabının “Səni istəməyəni...” ifadəsi ilə başladığı qeyd olunub.

İddiaya görə, Yıldırımın cavabı qarşısında tərcüməçi bir müddət tərəddüd edib və deyilənləri tərcümə etmədən gözləyib. Bundan sonra Yıldırımın birbaşa tərcüməçiyə müraciət etdiyi və “Nə baxırsan, dediklərimi olduğu kimi tərcümə et” dediyi bildirilib.

Qeyd edək ki, sözügedən dialoqu Serdar Ali Çelikler öz açıqlamasında danışıb. Görüşün digər detalları ilə bağlı tərəflərdən rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki