image-yapon-bbackend

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi

Yaponiyanın Azərbaycandakı səfirliyi konsulluq xidmətlərinin göstərilməsini bərpa edib.

Referans Media  xəbər verir ki, bu barədə Report-a səfirlikdən məlumat verilib.

Qeyd edək ki, Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməsini müvəqqəti olaraq dayandırmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki