Azərbaycanda xırdabuynuzlu heyvandarlığın inkişafı və örüş-otlaq sahələrinin qorunması məqsədilə tətbiq edilən yeni subsidiya şərtləri aqrar ekspertlər arasında ciddi suallar doğurub.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Akif Nəsirli bildirib ki, qoyulan sərt meyarlar dövlət dəstəyinin kütləvi fermer kütləsinə çatmasını çətinləşdirir. Ekspertin sözlərinə görə, mövcud tələblər faktiki olaraq sıravi kəndlidən daha çox iri təsərrüfatların maraqlarına xidmət edir.
Akif Nəsirli yaradılan mexanizmin mahiyyətini və yaratdığı riskləri belə şərh edib:
"Bu meyarlarla subsidiya faktiki olaraq kütləvi fermer dəstəyindən daha çox iri heyvandarlıq təsərrüfatlarına yönəlmiş mexanizm təsiri bağışlayır. Azərbaycanda kiçik və orta fermerlərin böyük hissəsinin 100 hektar örüş və ya otlaq sahəsinə və eyni zamanda 500 başdan çox xırdabuynuzlu heyvana sahib olması real görünmür. Ona görə də əsas sual 4 manatın məbləğindən çox, bu şərtlərin nə qədər fermeri əhatə edəcəyidir.
"Bu meyarlarla subsidiya faktiki olaraq kütləvi fermer dəstəyindən daha çox iri heyvandarlıq təsərrüfatlarına yönəlmiş mexanizm təsiri bağışlayır. Azərbaycanda kiçik və orta fermerlərin böyük hissəsinin 100 hektar örüş və ya otlaq sahəsinə və eyni zamanda 500 başdan çox xırdabuynuzlu heyvana sahib olması real görünmür. Ona görə də əsas sual 4 manatın məbləğindən çox, bu şərtlərin nə qədər fermeri əhatə edəcəyidir.
Əgər məqsəd xırdabuynuzlu heyvandarlığın inkişafıdırsa, subsidiya mexanizmi mümkün qədər daha geniş fermer kütləsinə əlçatan olmalıdır. 100 hektar torpaq və 500 baş heyvan tələbi isə avtomatik olaraq çoxsaylı kiçik və orta təsərrüfatları sistemdən kənarda qoyur. Nəticədə ayrılan vəsaitdən əsasən artıq böyük resurs bazasına malik təsərrüfatlar yararlana bilər.
Burada digər məsələ də odur ki, subsidiyanın verilməsi örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılması ilə şərtləndirilir. Bu, prinsipcə düzgün yanaşmadır, çünki dövlət dəstəyi torpağın qorunmasına və məhsuldarlığının yüksəldilməsinə xidmət etməlidir. Amma bu tələbin necə ölçüləcəyi, fermerin hansı konkret işi görməli olduğu və nəticənin kim tərəfindən necə qiymətləndiriləcəyi aydın mexanizmlə müəyyənləşdirilməlidir.
Əks halda, kağız üzərində çox yaxşı görünən subsidiya praktikada yalnız məhdud sayda iri təsərrüfatın faydalandığı bir dəstək alətinə çevrilə bilər. Əgər dövlətin məqsədi həqiqətən qoyun-keçiçiliyi inkişaf etdirmək, heyvan sayını və məhsuldarlığı artırmaqdırsa, kiçik və orta fermerlərin də bu mexanizmdən yararlanmasına imkan verən daha çevik meyarlar düşünülməlidir."
Ekspertin təhlilləri göstərir ki, torpaqların münbitliyinin artırılması ideyası kağız üzərində doğru olsa da, qiymətləndirmə mexanizminin dumanlı qalması və limitlərin yüksəkliyi böyük bir fermer ordusunu dəstəkdən məhrum edir. Əgər qoyun-keçiçilikdə real artım və yerli bazarda bol məhsul istənilirsə, aidiyyəti qurumlar subsidiya şərtlərini yenidən nəzərdən keçirməli, meyarları kiçik ailə təsərrüfatları üçün də əlçatan səviyyəyə endirməlidir.
Sima Babayeva
