İşdən çıxarılan generala yeni vəzifə verildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.

General-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçid edib.

Referans Media xəbər verir ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z. Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu./milli.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki