Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X hesabında yazıb.

“Azərbaycan-AB tərəfdaşlığını, onun inkişaf edən əməkdaşlıq gündəliyini, həmçinin əsas regional və beynəlxalq prosesləri müzakirə etmək məqsədilə Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə AB-nin xüsusi nümayəndəsi xanım Maqdalena Qrono ilə görüşdən məmnun oldum.

Enerji təhlükəsizliyi, əlaqəlilik və regional sabitlik daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi apardıq”, – H.Hacıyev qeyd edib.

0PGscLVjZ4tgwZLXlKG9acmd7DtESoBCNpnevZ4Z 640

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki