Zəngilanda beynəlxalq toplantı: Zəngəzur dəhlizi müzakirə edildi – VİDEObackend

Zəngilanda beynəlxalq toplantı: Zəngəzur dəhlizi müzakirə edildi – VİDEO

  Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi – regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq verilib.

Referans xəbər verir ki, brifinqdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutub.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir./Globalinfo.az  



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki