image-passport-visabackend

12 ölkənin vətəndaşlarının ABŞ-a girişi QADAĞAN EDİLDİ – SİYAHI

ABŞ prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edib, daha 7 ölkənin sakinlərinə isə qismən məhdudiyyətlər qoyub.

Bu barədə Ağ Ev bəyannamə yayıb.

Bildirilir ki, tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək.Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək.

Sənəddə qeyd olunub ki, qərar sərəncam qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.

Qərarda istisnalar nəzərdə tutulub. Qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki