Zelenski Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu açıqlayıb.

Referans Media xəbər verir ki, bu barədə Ukrayna lideri "CNN Türk"ə müsahibədə bildirib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə birbaşa əlaqəsi var. Bu səbəbdən biz Türkiyədəki görüşü dəstəkləyirik", - V.Zelenski qeyd edib.

O vurğulayıb ki, müharibənin dayandırılması üçün texniki heyətlərin danışıqları kifayət etmir və məsələlərin həlli üçün birbaşa liderlərin iradə ortaya qoyması şərtdir:

"Texniki qruplar görüşdükdə nəticəyə çatmaq çətin olur. Amma biz, liderlər olaraq iradəmizi ortaya qoyduqda həll edə bilməyəcəyimiz problem yoxdur. Liderlərin görüşündən sonra insanlar bir irəliləyiş görməzsə, bu, diplomatiyanın məğlubiyyəti kimi qiymətləndiriləcək. Bu səbəbdən qərar qəbul edənlər olaraq görüşmək istəyirik"..Teleqraf

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki