9 illik plan işə düşür: 200 əsgər sərhədə göndəriləcək backend

9 illik plan işə düşür: 200 əsgər sərhədə göndəriləcək 

  “Belçika NATO-nun şərq cəbhəsini gücləndirmək planının bir hissəsi olaraq, iyulun sonunda Litva sərhədinə 200 əsgər göndərəcək”.

Referans  xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken deyib.

“Bu, NATO-nun Rusiya ilə artan gərginliyə cavabdır. Biz Baltikyanı ölkələrdə hərbi mövcudluğumuzu artırmalıyıq”, – deyə o bildirib.

Qeyd olunur ki, NATO-nun bu planı 2016-cı ildən mövcuddur.

Frankenin sözlərinə görə, Belçika hərbçiləri 2026-cı ilin yanvar ayının sonuna qədər Litvada qalacaqlar və bundan sonra vətənə qayıdacaqlar:

“Almaniya Litvaya belçikalı hərbçilərin göndərilməsini xahiş edib. Lakin qoşunların göndərilməsi ilə bağlı qərar Belçika federal kabineti tərəfindən təsdiqlənməlidir”.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki