ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatın əsas fiquru bu şəxs olub

ABŞ dövlət katibi Marko Rubio Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatın hazırlanmasında əsas rollardan birini oynayıb.

Bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, Rubio bu strategiyanın əsasını qoyan “aparıcı qüvvə” olub.

Məlumata görə, son aylarda Rubio Ağ Evin siyasət üzrə rəhbər müavini Stiven Millerlə yaxından əməkdaşlıq edib. Onlar Vaşinqtonun “post-Maduro” dövründə Venesuelaya yanaşmasını və ABŞ-ın Maduro devrildikdən sonra ata biləcəyi addımları müzakirə ediblər.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki