image-iran-absbackend

ABŞ–İran atəşkəsi: Hər iki tərəf özünü qalib elan etdi

ABŞ administrasiyası İranla əldə olunan iki həftəlik atəşkəsdən sonra bunu Vaşinqton üçün böyük uğur kimi qiymətləndirib.

Referans Media xəbər verir ki, Ağ Ev sözçüsü Karolin Livitt bildirib ki, Donald Tramp tərəfindən elan edilən atəşkəs ABŞ və onun ordusunun əldə etdiyi qələbənin nəticəsidir.

Karolin Livittin sözlərinə görə, ABŞ-ın İran qarşı başlatdığı “Epik Qəzəb Əməliyyatı” zamanı əsas hərbi hədəflərə cəmi 38 gün ərzində nail olunub. Onun sözlərinə görə, bu əməliyyat Vaşinqtona danışıqlarda güclü mövqe qazandırıb və diplomatik həll üçün imkan yaradıb.

Ağ Ev həmçinin Trampın Hörmüz Boğazı üzərində gərginliyin azalmasına və boğazın yenidən açılmasına nail olduğunu bildirib.

Digər tərəfdən, İran Ali Milli Təhlükəsizlik Şurası isə açıqlamasında İranın “tam qələbə qazandığını” iddia edib. Tehran tərəfi ABŞ-ın İranın 10 maddəlik planını qəbul etməyə məcbur qaldığını və danışıqların İslamabad şəhərində başlayacağını bildirib.

Beləliklə, tərəflər arasında əldə olunan iki həftəlik atəşkəs fonunda həm Vaşinqton, həm də Tehran özünü qalib elan edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki