İranın Ali rəhbərinin xarici siyasət üzrə müşaviri Kamal Xarazi ölkəsinin ABŞ-la uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.
Referans Media xəbər verir ki, o, bu barədə CNN telekanalına açıqlamasında bildirib.
Xarazinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp danışıqlar zamanı verdiyi vədləri yerinə yetirməyib: “Artıq diplomatiya üçün yer görmürəm. Çünki Donald Tramp başqalarını aldadıb və vədlərini yerinə yetirməyib. Biz bunu danışıqlar zamanı iki dəfə gördük – danışıqlar apararkən onlar bizə hücum edirdilər”.
Xarazi əlavə edib ki, Körfəz ölkələri və digər dövlətlər müharibənin qarşısını almaq üçün Vaşinqtona təzyiq göstərməlidirlər, əks halda region ciddi itkilərlə üzləşə bilər.
Qeyd edək ki, bir qədər əvvəl D.Tramp İranla müharibənin bitməsi ilə bağlı anons verib./Globalinfo.az























