ABŞ İrana bu məsələdə kömək edəcək - Vens

ABŞ ilə İran arasında əldə olunan razılaşmada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssislərinin zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi məqsədilə İrana qayıtması da nəzərdə tutulur.

Referans Media  xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens “NBC News” telekanalına müsahibəsində bildirib.

“Sazişin əsas müddəalarından biri AEBA və ABŞ-nin İrana yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə kömək etməsidir”, – deyə Vens söyləyib.

Vensin sözlərinə görə, tərəflər artıq memorandumun mətnini deyil, onun icrası ilə bağlı bəzi texniki detalları dəqiqləşdirməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki