ABŞ hökuməti nüvə başlığı daşımaq gücünə malik “Minuteman 3” qitələrarası ballistik raketinin (ICBM) sınaq buraxılışını həyata keçirməyə hazırlaşır.
Referans xəbər verir ki, raket Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr Bazasından buraxılacaq və Marşall adalarında yerləşən Ronald Reyqan adına raket müdafiə poliqonuna istiqamətlənəcək.
Qeyd edək ki, bu, ABŞ Prezidenti Donald Trampın nüvə silahı sistemlərinin yenidən yoxlanılması barədə verdiyi göstərişdən sonra keçiriləcək ilk sınaq olacaq./Publika.az
