image-nerman-axundzadebackend

ABŞ səfirliyi Nərimanı təbrik etdi

ABŞ-ın Azərbaycandakı Səfirliyi milli futbolçu Nəriman Axundzadənin Ohayo ştatını təmsil edən “Colombus Crew” klubuna transfer olması münasibətilə təbrik postu paylaşıb.

Referans Media  xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanlı futbol ulduzu Nariman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən Columbus Crew klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ FK”nın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanan istedadlı gənc hücumçu ABŞ-ın Major League Soccer (MLS) liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.

Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşamkı Çempionlar Liqası qarşılaşmasında uğurlar və inamlı qələbə də arzu edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki