ABŞ vizasında ağla sığmaz tələb: Sosial media hesablarını “hər kəsə açıq” edin!

ABŞ-ın Türkiyədəki Səfirliyi bildirib ki, 15 Dekabr 2025-dən etibarən F, M və J vizaları ilə yanaşı, H-1B və H-4 vizası müraciətlərində bütün sosial media hesablarının gizlilik parametrlərinin “hər kəsə açıq” olaraq tənzimlənməsi məcburi olacaq.

Referans Media xəbər verir ki, ABŞ-ın Türkiyədəki Səfirliyi 15 Dekabr 2025 tarixindən etibarən bəzi qeyri-miqrant viza müraciətlərində sosial media hesabları ilə bağlı yeni qaydanın qüvvəyə minəcəyini açıqlayıb.

Səfirliyin mövzu ilə bağlı yazılı açıqlamasında deyilir:

“15 Dekabr 2025 tarixindən etibarən, ABŞ qanunları çərçivəsində; F, M və J tipli qeyri-miqrant viza kateqoriyalarına, eləcə də H-1B və H-4 vizasına müraciət edən bütün şəxslərin, şəxsiyyət və ABŞ-a giriş uyğunluğunu müəyyən etməyə imkan verəcək yoxlama prosesini asanlaşdırmaq məqsədilə, bütün sosial media hesablarının gizlilik parametrlərini hər kəsə açıq vəziyyətə gətirməsi tələb olunur.”

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki