Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT – “Sistem çökdü, xaos yarandı”

Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.

Referans.az xəbər verir ki, Oxu.Az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.

“Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin”, – şikayətdə bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki