ABŞ ordusunun generalı, Xüsusi Əməliyyat Qüvvələrinin Mərkəzi Komandanlığının komandiri Casper Ceffers Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin rəhbəri təyin edilib.
Referans Media Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ceffers təhlükəsizliyin təmin edilməsi, sülhün qorunması və terrorizmdən azad sabit mühitin yaradılmasına məsul olacaq.























