Bərdə rayonunun Hacıəhmədli kənd sakini, 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov Yuxarı Qarabağ kanalında boğularaq dünyasını dəyişib.
Referans Media “Unikal”a istinadla xəbər verir ki, ilkin məlumatlara görə, o, ağac kəsərkən ehtiyatsızlıqdan suya yıxılıb.
Meyit sudan çıxarılaraq təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
