Pakistanda qar uçqunu: 10 alpinist itkin düşüb

Pakistanın Karakorum dağ silsiləsində yerləşən Broad Peak zirvəsində baş verən qar uçqunu nəticəsində 10 alpinistdən xəbər alınmır.

Pakistan Alpinizm Klubunun məlumatına görə, itkin düşən qrupun tərkibində tanınmış nepallı alpinist Nirmal Purjanın rəhbərliyi ilə ABŞ, Çin, Oman və Nepal vətəndaşları olub.

Hazırda Pakistan hökuməti ilə birgə alpinistlərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Nirmal Purja bu ayın əvvəlində Pakistandakı 8 035 metr hündürlüyündəki Gasherbrum II zirvəsinə əlavə oksigen istifadə etmədən qalxaraq növbəti rekorduna imza atmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki