Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum

Son bir neçə gün ərzində İspaniyanın Seuta bölgəsinə Mərakeşdən daxil olan qanunsuz miqrantların sayı 60 minə çatıb.

Referans Media xəbər verir ki, bunu şəhərin inzibati rəhbəri Xuan Xesus Vivas bildirib.

Bu rəqəmin şəhər əhalisinin təxminən 70 faizinə bərabər olduğunu qeyd edilib.

Seuta muxtar şəhərinə üzərək keçməyə çalışan zaman boğulan miqrantların sayı isə 57 nəfərə çatıb. Bu barədə polis məlumat yayıb.

“El Pais”in yaydığı məlumatda isə bildirilir ki, Seutaya qanunsuz yolla gəlmiş təxminən 25 min miqrant könüllü olaraq Mərakeşə geri qayıdıb.

Qeyd edək ki, miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə dəstək məqsədilə hərbçiləri cəlb etmək qərarına gəlib. İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Finlandiya, İtaliya və Danimarka kimi bir sıra Avropa İttifaqı (Aİ) ölkələri İspaniyanın Şengen zonasındakı üzvlüyünün dayandırılması məsələsini nəzərdən keçirməli olduğunu gündəmə gətiriblər./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki