Ağır yol qəzası: ölən və yaralanan var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media-nın məlumatına görə, hadisə rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, 1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı su arxına aşıb.

Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. /Trend


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki