image-ai54backend

Aİ İrana sanksiyalar tətbiq edəcək – Müzakirələr başladı

Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər. 

Referans Media xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri iki avropalı diplomata istinadən məlumat yayıb.

 

Məlumata görə, təklif olunan siyahıya insan hüquqlarının pozulmasına görə Aİ-nin sanksiya rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti sanksiya siyahısına pilotsuz uçuş aparatlarının istehsalı ilə əlaqəli 10 maddənin də əlavə edilməsini təklif edir.

“Politico” yazır ki, Almaniya, Fransa və Hollandiya Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır. Bununla belə, “Euractiv” nəşrinin məlumatına görə, Roma, Paris və Madridin müqaviməti səbəbindən Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımaq niyyətində deyil.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen daha əvvəl Aİ-nin İrana qarşı sanksiyaları daha da sərtləşdirə biləcəyini istisna etmədiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki